Paşinyanla Əliyev ilin sonunadək yenidən görüşə bilər

  • By admin
  • 21 Dekabr 2021 13:27

Nikol Paşinyanla İlham Əliyev arasında Brüssel görüşü bu ilin sonuncusu olmaya bilər.

Gununsesi.info xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

HTML tutorial

“İlkin razılığa əsasən, Ermənistan və Azərbaycan liderləri bu il yenidən Rusiyada görüşəcəklər. Bizdə olan məlumata görə, bu görüş baş tutsa, ümumi xarakter daşıyacaq. İclasda dövlət başçılarından başqa, üçtərəfli komissiyanın üzvləri də iştirak edəcəklər – baş nazirin müavinləri Aleksey Overçuk, Mher Qriqoryan və Şahin Mustafayev. Bundan əlavə müdafiə və xarici işlər nazirlərinin iştirakı da gözlənilir.

Hələlik görüşlə bağlı rəsmi açıqlamalar olmasa da, ola bilsin ki, bu, lüzumsuz fərziyyə və suallara yol verməmək üçün görüşə cəmi bir-iki gün qalmış açıqlansın”- məlumatda deyilir.

Gununsesi.info