Patrik Vieyra koronavirusa yoluxub

  • By admin
  • 26 Dekabr 2021 19:40

İngiltərənin “Kristal Pelas” klubunun baş məşqçisi Patrik Vieyra koronavirusa yoluxub.

Gununsesi.info-nun Premyer Liqa təmsilçisinin rəsmi saytına istinadən məlumatına görə, fransalı mütəxəssis bu səbəbdən “Tottenhem”ə qarşı ölkə çempionatının XIX tur matçını buraxacaq. Onu texniki zonada köməkçisi Osian Roberts əvəzləyəcək.

Bu gün oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.

Qeyd edək ki, daha əvvəl “Kristal Pelas”ın bir neçə futbolçusunda infeksiya aşkarlandığı üçün “Uotford”la XVIII tur görüşü təxirə salınıb.

Gununsesi.info