Patruşev Qriqoryanla sərhəd məsələsini müzakirə etdi

  • By admin
  • 14 May 2021 15:11

Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev erməni həmkarı Armen Qriqoryanla Azırbaycan-Ermənistan sərhədində dövlət sərhədinin demarkasiyası ilə bağlı İrəvan tərəfindən yaradılan gərginliyi müzakirə edib.

Gununsesi.info xəbər verir ki, bu barədə Ermənistan tərəfi məlumat yayıb.

Məlumatda bildirilir ki, tərəflər problemin həlli variantlarını müzakirə edib.

Qriqoryan problemin həlli üçün Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) mexanizmlərinin işə salınmasının vacibliyini bildirib.

Patruşev problemin diplomatik yolla həllinin tərəfdarı olduqlarını və Rusiyanın bu istiqamətdə çalışdığını qeyd edib.

Gununsesi.info