
Sentyabrın 30-dan oktyabrın 1-dək AAAF Park Yaşayış Kompleksinin yarış zalında pauerliftinq üzrə Azərbaycan Kuboku keçiriləcək.
Gənclər və İdman Nazirliyindən Gununsesi.info-ya verilən məlumata görə, yarışda ölkənin müxtəlif regionlarını təmsil edən 100-dən çox atlet müxtəlif çəki dərəcələrində medal mübarizəsi aparacaq.
Yarış qarşıdakı beynəlxalq turnirlərə, xüsusilə də Çexiyanın Plzen şəhərində keçiriləcək dünya çempionatına seçmə və sınaq xarakteri daşıyacaqdır.
Anar
Gununsesi.info