Salyan RQİİ üzrə 2022-2023-cü illərin payız-qış mövsümünə hazırlıqla əlaqədar tədbirlər planına uyğun olaraq Salyan şəhəri, “Salyan 104” QTM-də pərakəndə şəkildə çəkilmiş daşıyıcı qaz kəmərlərinin bir mənbəyə gətirilməsi işləri başa çatdırılıb.
“Bəydili”, “Şorsulu” və “Təzəkənd-Kürsəngi” QPS-lərdən Salyan şəhərini qidalandıran daşıyıcı qaz kəmərləri yeni quraşdırılaraq diametri 530 mm kollektora birləşdirilib.
Payız-qış mövsümünə hazırlıq məqsədilə “Təzəkənd” QPS-dən qidalanan daşıyıcı qaz kəmərləri yeni quraşdırılaraq diametri 530 mm kollektora birləşdirilib.
Bütün avadanlıqlar tikinti norma qaydalarına uyğun təyinatı üzrə qaz kəmərlərinin üzərinə köçürülüb.
Daha ətraflı:
Gununsesi.info