Payız sesisyasında parlamentariləri gərgin iş gözləyir - SPİKER

  • By admin
  • 30 Sentyabr 2016 12:25
oqtay-asadov
Milli Məclisin  payız sesssiyası çərçivəsində ilk plenar iclas öz işinə başlayıb.
Gununsesi.info xəbər verir ki, sessiyada  giriş nitqi ilə çıxış edən Milli Məclis sədri Oqtay Əsədov bildirdi ki, yaz sesisyası və növöbədənkənar sessiyalar dövründə 15 iclas  keçirilib və 196 qanun və qərar qəbul edilib.
Azərbaycanlı parlamentarilər beynəxlaq təşkilatlarda fəal iştirak edib.
O.Əsədov onu da əlavə edib ki,  bu müddət ərzində Avropa Parlamenti ilə əlaqələrdə də müsbət irəliləyişlər əldə edilib. “Bildiyniz kimi bir il idi ki, Avropa Parlamentinin Azərbaycana qarşı sərgilədiyi qərəzli və ədalətsiz mövqeyə görə, əməkdaşlıq etməıkdən imtina edərək, bu qurumun heç bir tədbirində iştirak etmirdi. Bu müddət ərzində Avropa Parlamentindən çoxsaylı müraciətlər olsa da,  Azərbaycan o tədbirlərə qatılmayıb. Ancaq  cari ilin sentyabrın 19-da Avropa Parlamentinin 15 nəfərdən ibarət  səlahiyyətli nümayəndə heyəti Azərbaycanda oldu və bu səfər zamanı Avropa Parlamenti ilə gələcək əməkdaşlığın  mümkün  imkanları müzakirə edildi. Həmən nümayəndə heyəti ölkə başçısı tərəfindən qəbul edildi və onlara  konkret  və qəti formada Azərbaycanın mövqeyi bildirildi. Görüşlərdə bildirildi ki. əgər münasibətlər qurulacaqsa,  bu əməkdaşlıq hansı formatda və prinsiplər əsasında olmalıdır”- deyə, spiker vurğulayıb.
Spiker sonda bildirdi ki, payız sesisyası qısa müddətli olsa da,  bizi gərgin iş gözləyir. “Çünki gündəlikdə çoxsaylı və vacib məsələlər var. Dövlət büdcə paketinin müzakirəsi  və digər məsələlər var”- spiker qeyd edib.
Mürtəza
Gununsesi.info