
Qarabağda olan rus sülhməramlılarının ölkəmizi tərk etmısinə dair xəbərlər təsdiqini tapıb.
Gununsesi.info bildirir ki, aprelin 17-də Kreml sülhməramlıların çıxarılmasına start verildiyini təsdiqləyib.
Siyasi şərhçi Elçin Rüstəmov saytımıza bildirib ki, artıq Rusiya Qarabağ ermənilərinə olan ümidini üzüb.
“Aprelin 5-də Brüsseldə ABŞ və Avropa İttifaqı Qarabağdan gedən ermənilərin Ermənistan cəmiyyətinə inteqrasiyası üçün Nikol Paşinyana pul vəd etdilər.
Aprelin 16-da Kremlin MDB üzrə əsas adamlarından biri K.Zatulin sülhməramlıların Qarabağda qalması üçün əsasları qalmadığını bildirib və ermənilərin geri dönüşünə ümid olmadığını ifadə etdi”.
Ekspert deyir ki, payıza qədər proses yekunlaşacak:
“Bununla da Qarabağ mövzusu birdəfəlik tarixin arxivinə gedəcək”.
Şəbnəm
Gununsesi.info