Payızdan sonra Qarabağ mövzusu birdəfəlik tarixin arxivinə gedəcək - Kremlin Qarabağ ermənilərinə olan inamı ölüb

  • By admin
  • 17 Aprel 2024 15:51

Qarabağda olan rus sülhməramlılarının ölkəmizi tərk etmısinə dair xəbərlər təsdiqini tapıb.

Gununsesi.info bildirir ki, aprelin 17-də Kreml sülhməramlıların çıxarılmasına start verildiyini təsdiqləyib.

Siyasi şərhçi Elçin Rüstəmov saytımıza bildirib ki, artıq Rusiya Qarabağ ermənilərinə olan ümidini üzüb.

 

“Aprelin 5-də Brüsseldə ABŞ və Avropa İttifaqı Qarabağdan gedən ermənilərin Ermənistan cəmiyyətinə inteqrasiyası üçün Nikol Paşinyana pul vəd etdilər.

Aprelin 16-da Kremlin MDB üzrə əsas adamlarından biri K.Zatulin sülhməramlıların Qarabağda qalması üçün əsasları qalmadığını bildirib və ermənilərin geri dönüşünə ümid olmadığını ifadə etdi”.

Ekspert deyir ki, payıza qədər proses yekunlaşacak:

Bununla da Qarabağ mövzusu birdəfəlik tarixin arxivinə gedəcək”.

 

Şəbnəm

Gununsesi.info