
Parisdə keçirilən referendumda iştirak edənlərin 54,55 faizi Paris nömrələri olmayan avtomobillər üçün parklanma haqqının üç dəfə artırılmasına “hə” deyib.
Gununsesi.info-nun Fransa mediasına istinadən verdiyi xəbərə görə, Parisdə insanlar qlobal istiləşmə ilə mübarizə çərçivəsində paytaxtda avtomobillərin sayının azaldılması təklifini qəbul ediblər.
Referendumda iştirak edənlərin 54,55 faizi Paris nömrələri daşımayan avtomobillər üçün parklanma haqqının üç dəfə artırılmasına “hə” deyib.
Tətbiq edilməsi gözlənilən yeni parkinq tarifinə əsasən, Paris küçələrində avtomobilin parklanmasının qiyməti saatda 18 avro təşkil edəcək.
Ekspertlər bildirir ki, bu, ətraf ölkələrdən və Fransanın digər şəhərlərindən avtomobillə Parisə gəlmək istəyənlərin sayını dəfələrlə azaldacaq.
Afət Abbasova
Gununsesi.info