Paytaxt sakininə bıçaqla xəsarət yetirmiş şəxs tutulub

  • By admin
  • 06 İyul 2017 14:00

bicaqladi

Bakı şəhər sakininə bıçaqla xəsarət yetirmiş şəxs həbs olunub.

Gununsesi.info-ya Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, iyulun 6-da saat 2 radələrində Sabunçu rayonunun Pirşağı qəsəbəsindəki Təcili Tibbi Yardım Stansiyasının qarşısında Qazax rayon sakini Ayaz Hüseynov münaqişə zəminində orada həkim işləyən Bakı şəhər sakini Əflatun Yusifovun qarın nahiyəsinə bıçaqla xəsarət yetirib.

Ə.Yusifov xəstəxanaya yerləşdirilib.

A.Hüseynov Sabunçu Rayon Polis İdarəsinin 15-ci polis bölməsi əməkdaşları tərəfindən tutulub.

Anar

Gununsesi.info