Paytaxt sakinlərinin 61 min manatını mənimsəyən dələduza cəza verildi

  • By admin
  • 25 Noyabr 2016 17:50

mehkeme-huquq-300x239

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Nofəl Qafarovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. 

Gununsesi.info-nun xəbərinə görə, hakim Ənvər Seyidovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, N. Qafarov 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, N. Qafarov Bakı sakinləri – Sədəbxanım Əliyeva, Elşən Rəhimov və Natiq Qurbanovun etibarından sui-istifadə edərək, onlara qarşı 61 min 352 manat məbləğində dələduzluq edib. Bakıdakı tikinti şirkətlərindən birinə məxsus bir neçə mənzili zərərçəkmişlərə satacağını deyib, lakin pulu aldıqdan sonra vədinə əməl etməyib.

Gununsesi.info