Paytaxt yollarında sürət həddi endirildi

  • By admin
  • 02 Mart 2020 10:10

Bakının əsas magistral avtomobil yollarında sürət həddi azaldılıb. 

Gununsesi.org xəbər verir ki, hazırda paytaxtda müşahidə edilən dumanlı hava şəraiti ilə əlaqədar Heydər Əliyev prospekti-Hava Limanı-Bilgəh və Zığ dairəsi-Hava limanı avtomagistrallarında bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. 

Məqsəd hərəkətin təhlükəsizliyini təmin etməkdir.

Adi günlərdən fərqli olaraq, şəhər yollarına və müntəzəm marşrut xətləri üzrə avtobusların fəaliyyətinə nəzarət artırılıb.

Gununsesi.org