Paytaxtda 31 yaşlı kişi bıçaqlanıb

  • By admin
  • 04 Yanvar 2018 22:52

Bakıda bıçaqlanma olub. 
Gununsesi.info xəbər verir ki, hadisə Sabunçu rayonunun Bakıxanov qəsəbəsində qeydə alınıb.

Hadisə nəticəsində 31 yaşlı Yusifov Akif Arat oğlu qarnının ön divarının kəsilmiş-deşilmiş yarası diaqnozu ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb, cərrahi əməliyyat olunub. Vəziyyəti orta ağırdır.

Məlumata görə, A.Yusifov tanımadığı bir şəxslə mübahisə zamanı bıçaqlanıb. Faktla bağlı Sabunçu polisi araşdırma aparır.

Gununsesi.info