
Bakının Nəsimi rayonunda yol-nəqliyyat hadisəsi zamanı 1 nəfər xəsarət alıb.
Gununsesi.info xəbər verir ki, qəza Rəşid Behbudov küçəsində baş verib.
1997-ci il təvəllüdlü Əhmədov Qoşqar Sərvər oğlu idarə etdiyi velosipedlə yol kənarında hərəkətdə olan zaman onu “Bakubus MMC”yə məxsus 2 nömrəli marşut xətti üzrə hərəkət edən sərnişin avtobusu vurub.
Yaralı xəstəxanaya yerləşdirilib.Faktı Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları araşdırır .
Gununsesi.info