Paytaxtda avtomobil işıq dirəyinə çırpılıb, xəsarət alanlar var - FOTOLAR

  • By admin
  • 21 Fevral 2023 09:01

Bakının Nizami rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Gununsesi.info xəbər verir ki, hadisə Qara Qarayev prospektində qeydə alınıb.

Belə ki, “Mercedes” markalı avtomobil əvvəlcə “Toyota” və “Hyundai” markalı maşınlara çırpılıb.

Daha sonra “Mercedes” markalı avtomobilin sürücüsü yola davam edərək yolayrıcındakı işıq dirəyinə dəyərək onu aşırıb.

Nəticədə yol təsərrüfatına ziyan dəyib. Əraziyə polis əməkdaşları cəlb ediliblər. Hadisə nəticəsində iki nəfər xəsarət alıb.

Qəzanın təfərrüatı araşdırılır.