Paytaxtda avtomobil qaçıran şəxs qəza törədib

  • By admin
  • 04 İyul 2017 11:57

masin_ogrusu5

Avtomobil qaçıraraq yol-nəqliyyat hadisəsi törətməkdə şübhəli bilinən paytaxt sakini tutulub.

Gununsesi.info-ya Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, iyulun 3-də Nərimanov rayonunun N.Yusifbəyli küçəsindəki avtoyuma məntəqəsində, orada işləyən Valeh adlı şəxs Bakı şəhər sakini Seymur Nəcəfova məxsus “VAZ-2106” markalı avtomobili qaçırıb və F.X.Xoyski küçəsində idarə edərkən paytaxt sakini Vahid Əhmədovu vurub avtomobildə hadisə yerini tərk edib. V.Əhmədov xəsarətlə xəstəxanaya yerləşdirilib.

Nərimanov Rayon Polis İdarəsinin 16-cı polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən paytaxt sakini Valeh Rəhmanov tutulub.

Anar

Gununsesi.info