
İŞİD terrorçuları paytaxt nəqliyyatında partlayış törətmək istəyiblər, ancaq təhlükəsizlik xidməti orqanının əməkdaşları onları zərərsizləşdirib.
Gununsesi.info “rosbalt”a istinadən xəbər verir ki, Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) Moskvada ictimai nəqliyyatda terror törətmək istəyən 4 İŞİD terrorçusunu həbs edib.
Həbs olunanlar Rusiya və Orta Asiya ölkələrinin vətəndaşı olub. Saxlanılan şəxslərdən kustar formada hazırlanan partlayıcı qurğular, silah-sursat, qrant, eyni zamanda dini ədəbiyyat və dini ekstremizmi yayan videodisklər aşkar edilərək götürülüb. FTX hesab edir ki, bu şəxslər Suriyadan idarə olunub.
FTX qeyd edir ki, terrorçular Moskvada diversiya-terror aktını törətdikdən sonra hərbi əməliyyatlarda iştirak etmək üçün Suriyaya gedəcəklərmiş.
Gununsesi.info