
Bakıda maşın yanıb.
Gununsesi.info Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, Bakı şəhəri, Sabunçu rayonunda vətəndaşa məxsus “VAZ” markalı minik avtomobilinin yanar hissələri və evin hasarına quraşdırılmış 1 ədəd qaz sayğacı yanıb. Yaxınlıqdakı ev yanğından mühafizə olunub. Yanğın saat 22:51-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Anar
Gununsesi.info