Paytaxtda dörd nəfər köməksiz qaldı

  • By admin
  • 22 İyun 2020 09:27

Bakıda dörd nəfər köməksiz qalıb.

Gununsesi.org bildirir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Bakı şəhərinin Binəqədi, Xətai, Suraxanı və Səbail rayonlarında ayrı-ayrı ünvanlarda dörd nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Çağırış ünvanlarına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən vətəndaşlara kömək göstərilib.

Gununsesi.org