Paytaxtda gənc oğlan bıçaqlanıb

  • By admin
  • 13 Fevral 2018 08:55

Bakıda gənc oğlan tanışı tərəfindən bıçaqlanıb.

Gununsesi.info xəbər verir ki, hadisə Suraxanı rayonunda baş verib.

Ramana qəsəbəsi Samir Əliyev küçəsində 1994-cü il təvəllüdlü İmanov Əlizamin Əli oğlu tanışı ilə əlbəyaxa dava edib. Nəticədə o, bıçaqlanıb.

Yaralı xəstəxanaya yerləşdirilib.

Gununsesi.info