Paytaxtda işləyənlərin sayı və orta aylıq maaşı açıqlandı

  • By admin
  • 08 Oktyabr 2016 17:22

Manatt

2016-cı ilin yanvar-iyul aylarında Bakı şəhəri üzrə siyahı tərkibində olan işçilərin 684 min 978 nəfər olub.

HTML tutorial

Gununsesi.info bildirir ki, Bakı şəhər Statistika İdarəsindən “APA-Economics”ə verilən məlumata görə, paytaxtda çalışanların sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 8 min 464 nəfər azalıb.

Hesabat dövründə əvvəlki ilin analoji dövrü ilə müqayisədə işçilərin orta aylıq nominal əmək haqqının səviyyəsi 11,2% artaraq 723,3 manat olub.

Gununsesi.info