Paytaxtda keçmiş rəis müavini intihar edib

  • By admin
  • 25 Yanvar 2017 09:50

intihar

Bakıda intihar olub.

Gununsesi.info APA-ya istinadən məlumat verir ki, Binəqədi Rayon Prokurorluğundan verilən məlumata görə, 7-ci mikrorayon sakini, 1960-cı il təvəllüdlü Ramiz Xudaverdi oğlu Quliyev yaşadığı binanın 8-ci mərtəbəsindən özünü atıb.

O, yerindəcə ölüb.

Məlumata görə, R. Quliyev keçmiş polis əməkdaşıdır, Nizami Rayon Polis İdarəsi Cinayət-Axtarış Şöbəsinin rəis müavini olub.

İntiharın səbəbləri araşdırılır.

Gununsesi.info