Paytaxtda maşın sərnişin avtobusuna çırpılıb: Xəsarət alan var - FOTOLAR

Bakının Xətai rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Gununsesi.info xəbər verir ki, hadisə Gəncə prospektində qeydə alınıb.

HTML tutorial

Belə ki, “Toyota Prius” markalı minik maşını “BakuBus” MMC-yə məxsus 7A saylı avtobusa çırpılıb.

Qəza nəticəsində “Toyota Prius”a ciddi ziyan dəyib. Bir nəfərin yüngül xəsarət aldığı bildirilir.

Hadisənin təfərrüatı araşdırılır.