Paytaxtda qadını qarət edən keçmiş məhkum yaxalandı

  • By admin
  • 17 İyun 2020 10:34

Sabunçu rayonunun Bakıxanov qəsəbəsi, R.Axundov küçəsi, 5 ünvanında bir qadına qarşı soyğunçuluq edilib.

Gununsesi.org bildirir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Naməlum şəxs xanıma yaxınlaşaraq, ona zor tətbiq etməklə boynundan 200 manat dəyərində qızıl boyunbağını və qulağındakı sırğalardan birini talayaraq, hadisə yerindən qaçıb. Zərərçəkən şəxs Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinə şikayət edərək, cinayəti törədənlərin tapılaraq məsuliyyətinə cəlb olunmasını xahiş edib.

Bölmə əməkdaşları tərəfindən həyata keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən hadisəni törətməkdə şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş Rakif Ramazanov saxlanılaraq istintaqa təqdim olunub. Tutulan zaman onun üzərindən şəxsi istehlak miqdarından artıq çəkidə narkotik maddə olan heroin aşkar olunaraq götürülüb.

Gununsesi.org