Paytaxtda satılan içki və siqaretin dəyəri - AÇIQLANDI

Bakıda 2019-cu ilin yanvar-avqust aylarında ticarət dövriyyəsinin həcmi 2018-ci ilin yanvar-avqust ayları ilə müqayisədə 3,2 faiz artaraq 13141,4 milyon manat olub.

Bu barədə Bakı Şəhər Statistika İdarəsinin məlumatında bildirilib.

Ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə, 3,6 faiz artaraq, 5 milyon 918 min 100 milyon manata çatıb.

Qeyri-ərzaq məhsullarının həcmi isə 3,0 faiz artaraq, 7 milyon 223 min 300 manata bərabər olub. İstehlak məhsullarının 28,3 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 45,5 faizi fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 26,2 faizi isə paytaxtın məhsul bazarlarında satılıb.

Gununsesi.org