Paytaxtda silahla gəzən daha bir şəxs tutuldu

  • By admin
  • 21 Mart 2023 12:16

Sabunçu RPİ 13-cü Polis Bölməsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini əvvəllər məhkum olunmuş S.İbrahimov saxlanılıb.

Gununsesi.info xəbər verir ki, bu haqda DİN məlumat yayıb.

Bildirilib ki, üzərinə baxış zamanı ondan 1 ədəd nömrəsi silinmiş “Makarov” markalı tapança, 3 ədəd patron və 7 qrama yaxın metamfetamin aşkar olunaraq götürülüb.

Qeyd edək ki, son günlərdən Bakıda odlu silah gəzdirən bir neçə şəxs saxlanılıb.

Gununsesi.info