Paytaxtda terror düzənləmək istəyən terrorçu dəstə zərərsizləşdirilib

  • By admin
  • 14 Avqust 2017 14:48

polis axtaris

Federal Təhlükəsizlik Xidməti tərəfindən paytaxtın iri ticarət obyeklərində və bazarlarında, nəqliyyatda partlayış törətmək istəyən dəstə üzvləri zərərsizləşdirilərək saxlanılıb.

Gununsesi.info “RİA-Novosti”yə istinadən xəbər verir ki, saxlanılanlar arasında İŞİD terror təşkilatının emissarı, partlayıcı maddə hazırlayan mütəxəssis və iki terrorçu-kamikadze də var.

İstintaq orqanları tərəfindən, əldəqayırma bomba və partlayıcı hazırlayan laboratoriya aşkar edilərək və zərərsizləşdirilib. Dəstəyə bir Rusiya vətəndaşı və 3 Orta Asiya vətəndaşı daxildir.

Partlayışa hazırlıq Suriyadakı İŞİD terrorçu təşkilatları tərəfindən, xüsusən də partladıcı məktəblər qrupunun rəhbəri “Şirincanov A.M”  tərəfindən verilirməsi də bəlli olub.

Gununsesi.info