Paytaxtın bir hissəsi işıqsız qalacaq

  • By admin
  • 27 Dekabr 2017 09:56

Bu gün saat 10:00-dan 15:00-a qədər Xəzər rayonunun bəzi ərazilərində elektrik enerjisinin verilişində qısamüddətli fasilələr yaranacaq.

“Azərişıq” ASC-dən Gununsesi.info-ya verilən məlumata görə, fasilələrin yaranması, Binə-Sovxoz yaşayış massivində 10 kV-luq yeni elektrik verilişi xəttinin quraşdırılması işləri ilə əlaqədardır.

Yaranmış narahatlığa görə “Azərişıq” ASC istehlakçılardan üzr istəyir.

Gununsesi.info