Yeni tədris ili başlamazdan əvvəl nəqliyyat intensivliyinin yüksək olduğu paytaxtın mərkəzi hissəsində nəzərdə tutulan əsas təmir işləri tamamlanıb.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Gununsesi.info -ya verilən məlumata görə, hazırda işlər şəhərətrafı ərazilərdə mərhələli şəkildə davam etdirilir.
Yaxın müddətdə proqram üzrə nəzərdə tutulan digər küçə və yollarda da təmir işlərinin yekunlaşdırılması planlaşdırılır.












