Yasamal rayonu Abdulvahab Salamzadə küçəsində rəngləmə işləri aparılır.
“Azəravtoyol” ASC-dən Gununsesi.info-ya verilən məlumata görə, rəngləmə işləri axşam saatlarınadək yekunlaşdırılacaq.
Analoji işlər bu axşam 22:00-dan etibarən Yasamal rayonu Tbilisi və İnşaatçılar prospektlərində də aparılacaq. Burda işlər səhər saatlarınadək yekunlaşdırılacaq.
“Azəravtoyol” ASC sürücülərdən alternativ yollardan istifadə etməyi tövsiyə edir.
Gununsesi.info