Paytaxtın mənzil fondu yenilənəcək

Baş plana uyğun olaraq, Bakıda mənzil fondunun yenilənməsi planlaşdırılır.

Gununsesi.info xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, Bakıda kifayət qədər qəzalı vəziyyətə düşmüş binalar var:

“Mənzil fondunun yenilənməsi prosesi bu gün də dövlətin müəyyən dəstəyi ilə və investorların cəlb edilməsi ilə davam edir və gələcəkdə də davam edəcək”.

 

 

Gununsesi.info