Pedaqoji Universitetdə yeni TƏYİNAT - DOSYE

Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) yeni Elmi katib təyin edilib.

Gununsesi.info xəbər verir ki, ADPU-nun rektoru, professor Cəfər Cəfərovun imzaladığı əmrlə Nərminə Abdulla qızı Abdullayeva Universitetin Elmi katibi təyin edilib.

HTML tutorial

N.Abdullayeva 1986-cı ildə Bakı şəhərində anadan olub. 2004-2008-ci illərdə Bakı Dövlət Universitetində (BDU) bakalavr, 2009-2011-ci illərdə magistr səviyyəsi üzrə təhsil alıb. 2013-2016-cı illərdə isə BDU-da “Ehtimal nəzəriyyəsi” ixtisası üzrə dissertantlıq yolu ilə fəlsəfə doktoru proqramında təhsil alıb, “Xidmət anları tsiklik olan kütləvi xidmət sistemlərində idarəetmə məsələləri” mövzusunda dissertasiya işi müdafiə edib.

2009-2018-ci illərdə Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) operator, Ümumi şöbənin müdiri, Tədris şöbəsinin müdiri, Keyfiyyət təminatı şöbəsinin müdiri vəzifələrində çalışıb. Eyni zamanda bu illər ərzində ali riyaziyyat, ehtimal nəzəriyyəsi və riyazi statistika fənnləri üzrə tədris aparıb. 2018-ci ildən Pedaqoji Universitetin “Riyaziyyat və onun ibtidai kursunun tədrisi texnologiyası” və “Riyazi analiz” kafedralarında baş müəllim vəzifəsində çalışıb.

2011-2018-ci illərdə ATMU Həmkarlar İttifaqı Komitəsinin sədri, Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin üzvü, “Gənclər komissiyası”nın üzvü olub. Həmkarlar İttifaqında xidmətlərə görə fəxri fərmanlarla, 2016-cı ildə əməkdə, təhsildə, ictimai fəaliyyətdə xüsusi nailiyyətlərə görə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının təsis etdiyi “İlin peşəkar gənci” fəxri adı və döş nişanı ilə təltif olunub.

Gununsesi.info