Pedofil “kişilər”

  • By admin
  • 19 İyul 2021 01:33

 

Neçə gündən düşünürəm. Yazım ya yox, amma baxıram, yazmaq lazım. Bəlkə vacib və aidiyyatı dövlət qurumları addım ata, bir layihə düşünə, qanunlarımız yenilənə və sair. Ən vacibi bəlkə ailələr, ələlxüsus qadınlar ayıla. Yox, ayıla yumşaq oldu. Bəlkə o təbəqə qadınlar qana ki, otuz yaşında oğluna on beş yaşında qız axtarmaq o deməkdir ki, sənin oğlun pedofildir. Sən də o pedolifi yetişdirən anasan…

***


Pedofil kimdir? Qısa yazıram. Yetkinlik yaşına çatmayan qız uşağı ilə cinsi əlaqəyə meyilli və ya cinsi əlaqədə olan kişilərə pedofil deyilir. Bu cinsi anamiyadır. Hətta ailə təklifi ilə razılaşırsa belə, bu anamiyadır.

***
Neçə gündür Şəkinin Dəhnəsində on beş yaşlı qızla, otuz yaşlı pedofilin olayı üzündən ölkə bir-birinə dəyib. Bu nə ilkdir, nə son. Belə hadisələr olub, olur və olacaq. Amma məsələ bu ki, biz olanlara göz yummayaq.

Birinci ona görə ki, Azərbaycan kişisindən cahil adamların pedofil obrazı yaratmasına yol vermək olmaz. Zatən LGBT zorluğumuz mövcuddur. Yəni rəngli türk kişisi yarlığımız var, bir də pedofil kişi obrazı, məsələn, Qarabağı azad edən kişi obrazına, ciddi ləkədir.

Ikincisi, təəssüf ki, əyalətdə və hətta mərkəzdə xeyli insan o qədər cahilləşib və bir tikə çörəyə möhtac buraxılıb ki, vəziyyət hər an ciddiləşir. Məsələn, dəhnəli cahil ana deyir, mən qızımı ona görə verdim ki, Bakıda, Maştağada iki il saxlasınlar, öz övladları kimi, on səkkiz yaşı olanda toy edəcəklər. O qadının simasından bəlli ki, hamıya hətta dpvlət qurunlarına sərf edəni dedirdiblər ona. Amma…

…bu cahil anlamır ki, onu aldadırlar…

Bu cahil ancaq onu düşünür ki, evdə yeyənin birini necə azaltsın (təəssüf ki, bunu uşaq dünyaya gətirmədən düşünmək lazım idi)?

Bu cahil anlamır ki, Maştağa, spesifik mental dəyərləri olan Bakı kəndidir. Onun qızı hansı statusla, necə yaşayacaq iki ildən sonra əri olacaq gədə ilə bir dam altında?..

Bu cahil qanmır ki, hətta on səkkiz yaşda belə bir qadın bədəni cinsi münasibətə hazır sayılmır. Bütün tibbi və intim standartlara orqanizma cavab versə də bir gənc qadının dünyaya uşaq gətirmək üçün minimal yaş həddi iyirmidir.

Bu cahil haradan bilsin ki, iyirmi yaşa qədər dünyaya uşaq gətirən qızların övladlarında əqli qüsur və ağır qan xəstəlikləri müşahidə olunur.

Və bu cahil anlamır ki, on beş yaşlı gənc bir qızı təhsil hüququndan məhrum edir, evə məhkum edir, gələcəyini əlindən alır. Özü də o halda ki, uşaq məktəbin doqquzuncu sinif buraxılış imtahanlarını çox yaxşı verib.

Bu qanmaz qadın və ya qadınlar nəhayət anlamırlar ki, yeniyetmə bir qız, sevmədiyi bir kişi tərəfindən cinsi istismara məruz qalır. Bu iyrəncdir, eybəcərlikdir.

Daha bir məqam. Alman mütəxəssislərin ağır cinayət törədənlərlə apardığı psixoloji test araşdırmalarının nəticələrində bəlli olub ki, onların çoxu sevgisiz nigahların və ya zorlanma hadisəsi ilə üzləşən qadınların dünyaya gətirdiyi övladlardır.

Odur ki, erkən nigahlarda, analardan, qadınlardan başqa kimsəni qınaya bilmirəm düzü.

Bir də xaraktersiz kişiləri qınayıram. On beş, on altı yaşlı qıza tamah salmaq pedofillikdir kişilər! Ayılın! Sevgisiz ailələr qurub, problemli övladlar gətirməyin dünyaya. Bu dövlətin də, onun normal insanlarının da yetərincə qayğıları var. Pedofillər, cinsi qüsurlular, cinayətkarlar və cahillər, ancaq statistika artırır və başını yerə soxur dövlətin də, millətin də.

Və cəmi bircə təklifim var. Qanunvericilik bazası təkmilləşsin bu sahədə. Polis, icra orqanları, məktəblərin bu kimi məsələlərlə bağlı məsuliyyəti müəyyən edilsin. Əks halda hələ çox oyunlara utana-utana şahidliyimiz olacaq. Çünki bu adını sadaladığım fövlət qurumları, bəzi hallarda erkən nigahları ört-basdır edir, pedofillərə yol açır. Bu isə milli genefondu məhvə aparır, ailə dəyərlərinin kökünü baltalayır. Göz yummaq yox, gözü dörd açmaq lazıdır məncə cənablar…

Jalə Mütəllimova
Gununsesi.info