Pedofil məşqçiyə hökm oxundu- FOTOLAR

Pedofil məşqçiyə hökm oxundu

İngiltərənin “Kryu Aleksandra” klubunun keçmiş baş məşqçisi Barri Bennell ağır cəzaya məruz qalıb.
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, Liverpul məhkəməsinin hökmü ilə pedofillikdə ittiham edilən məşqçi 31 il müddətinə azadlıqdan məhrum edilib.
Araşdırmalar zamanı bəlli olub ki, Barri 12 azyaşlı futbolçunu cinsi zorakılığa məruz qoyub.
Qeyd edək ki, 64 yaşlı Bennel 1998-ci ildə də pedofilliyə görə 9 il müddətinə azadlıqdan məhrum edilmişdi. 2016-cı ilin payızında isə sabiq futbolçular – Endi Vudvord, Stiv Uolters, Pol Styuart və Devid Uayt ona qarşı ittiham irəli sürmüşdülər. Onların ittihamı nəticəsində məşqçi saxlanaılaraq, haqqında araşdırmalaa başlanılmışdı.
Gununsesi.info

COMMENTS