
ABŞ-ın Minnesota ştatından olan 27 yaşlı sakini azyaşlı qızını təqib etdiyi iddia edilən yaşlı cinayətkarı döyərək öldürüb.
Bu barədə Gununsesi.info Fox News-yə istinadən xəbər verir.
Levi Axtell martın 8-də polis bölməsinə gələrək bildirib ki, 77 yaşlı Lourens Skalliyə kürəklə təxminən 20 dəfə zərbə endirib, sonra isə sığın buynuzları ilə başa vurub. Polisin dediyi kimi, təslim olmağa gələn şəxs “qan içində idi”. Həmin öldürülən şəxs 1979-cu ildə altı yaşlı qıza qarşı nalayiq hərəkətlərə görə cəza almışdı və ondan sonra o, uşaqlara nəzarət etməyə davam edirdi.
Axtell Skallinin həyətinə girərək, evə qaçıb, ondan sonra şahidlərin ifadəsinə görə, oradan qışqırıqlar eşidilməyə başlayıb. Qatil izah edib ki, yaşlı kişini aktiv pedofil hesab edir, çünki o, tez-tez avtomobilində uşaqların olduğu yerlərin yanında dayanıb onlara baxır.
Polis Skallinin evinə gələndə onu başından aldığı küt zərbədən ölü tapıblar. Mərhumun əllərində də xəsarətlər qeydə alınıb ki, bu da onun hücumdan müdafiə olunmaq cəhdlərindən xəbər verir.
Levi Axtell həbs olunub və ikinci dərəcəli qətldə ittiham edilib.
Məhkəmə ona bir milyon dollar məbləğində girov təyin edib.
Tərcümə:
Adil ELXANOĞLU