Pekinə sərnişin daşınması dayandırıldı

  • By admin
  • 18 İyun 2020 13:23

Çinin paytaxtı Pekin ölkənin digər ərazilərindən sərnişin daşınmasını dayandırıb.

Gununsesi.org Kp.ru-ya istinadən xəbər verir ki, bu, paytaxt bazarlarının birində koronavirus infeksiyasının aşkar edilməsi ilə əlaqədardır.

Xatırladaq ki, iyunun 11-də 56 gündən sonra ilk dəfə Pekində koronavirus infeksiyası ilə bağlı hadisə aşkarlanıb. Yoxlama zamanı “Sinfadi” bazarında xəstəliyin mənbəyi tapılıb. Ertəsi gün isə Çin Ət Araşdırma Mərkəzində iki işçidən COVID-19 aşkarlanıb.

Bazarın yerləşdiyi “Fentay” rayonunda vəziyyətin nəzarətdə saxlanılması üçün fövqəladə rejim tətbiq olunub.

Uhan Universitetinin professoru Yan Çjançyunun sözlərinə görə, Pekin bazarında aşkar edilən koronavirus Uhanda dəniz məhsulları bazarında əvvəllər aşkar ediləndən daha yoluxucu ola bilər.

Gununsesi.org