Pekin ABŞ-ın sanksiyalar tətbiq edəcəyi təqdirdə atacağı addımları açıqladı

  • By admin
  • 16 Mart 2022 23:15

Pekin ABŞ-ı Çinin qanuni hüquq və maraqlarına zərər verməməyə çağırır.

Bu barədə ÇXR Xarici İşlər Nazirliyinin sözçüsü Çjao Litszyan ABŞ-ın Ukrayna böhranı ilə bağlı mövqeyinə görə Çinə qarşı sanksiya perspektivlərilə bağlı sualı cavablandırarkən deyib.

O, ABŞ-ın birtərəfli sanksiyaları olacağı təqdirdə Pekinin Çin şirkətlərinin hüquq və maraqlarını qətiyyətlə qoruyacağını vurğulayıb.

Diplomat əlavə edib ki, sanksiyalar heç vaxt problemlərin həlli üçün effektiv vasitə olmayıb.

Gununsesi.info