Çinin ticarət naziri Vanq Ventao və Avropa Komissiyasının rəhbərinin müavini Valdis Dombrovskis Avropa İttifaqının Çindən gələn elektromobillərə artan rüsumların mümkün tətbiqi ilə bağlı məsləhətləşmələrə başlamağa razılaşıblar.
Gununsesi.info-nun məlumatına görə, bu barədə Çinin ticarət departamenti məlumat yayıb.
Qeyd olunub ki, videokonfrans formatında keçirilən görüşdə tərəflər danışıqlar prosesinə başlamaq barədə razılığa gəliblər.
Bundan əvvəl Çin səlahiyyətliləri dempinq şübhəsi ilə Avropa İttifaqından idxal edilən donuz əti və onun əlavə məhsulları ilə bağlı araşdırmaya başlayıb.
Gununsesi.info