
Çin hakimiyyəti ABŞ Milli Təhlükəsizlik Agentliyini Asiya Qış Oyunları zamanı kiberhücumlar həyata keçirməkdə ittiham edib. İttiham olunanlar arasında iki universitet də var.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Çin ABŞ Milli Təhlükəsizlik Agentliyini (NSA) fevral ayında Asiya Qış Oyunları zamanı “qabaqcıl” kiberhücumlar həyata keçirməkdə ittiham edib.
İttiham Pekin və Vaşinqton arasında davam edən gərginlik və ABŞ prezidenti Donald Trampın təşəbbüsü ilə başlayan və qarşılıqlı gömrük tarifləri qərarları ilə artırılan “ticarət müharibəsi” fonunda səslənib. Çinin şimal-şərqindəki
Harbin şəhərinin polisi NSA agenti olduğu iddia edilən üç nəfərin axtarışa verildiyini açıqlayıb. Araşdırmalardan sonra səlahiyyətlilər Kaliforniya Universiteti və Virciniya Texnologiya Universitetini də hücumlarda iştirakda ittiham ediblər.
Çin dövlət mətbuatında əks olunan xəbərlərdə, NSA agentləri olduğu iddia edilənlərin adlarının Katheryn A. Wilson, Robert J. Snelling və Stephen W. Johnson olduğu bildirilir. Üç şəxs “Çinin kritik informasiya infrastrukturuna dəfələrlə kiberhücumlar həyata keçirməkdə və Huawei və digər müəssisələrə kiberhücumlarda iştirak etməkdə” ittiham edilib. Sözügedən iki universitetin hücumlarda hansı əli olduğu açıqlanmayıb.
Orxan