Pekində 72 illik rekord qırıldı

Çinin paytaxtı Pekində 1951-ci ildən bəri ən soyuq dekabr ayı yaşanır.

Gununsesi.info xəbər verir ki, bu isə 72 ildən sonra Pekində rekordun qırılması deməkdir.
Belə ki, Pekin 1951-ci ildən bəri ən soyuq dekabr ayını yaşayır.

Dekabrda şəhərdə temperatur tez-tez sıfırdan aşağı düşüb. Pekin mediası yazıb ki, şəhərdə temperatur ilk dəfə dekabrın 11-də sıfırdan aşağı düşüb və 300 saat ərzində sıfırın altında qalıb.
Digər tərəfdən, bu il ölkəyə təsir edən şiddətli soyuq dalğa Çinin şimalındakı şəhərlərdə istilik problemlərinə səbəb olub.
Ölkənin mərkəzi hissəsində yerləşən Henan əyalətində istilik sistemində nasazlıq yaranıb. Cümə günü Henan əyalətinin Jiaozuo şəhərindəki Vanfanq elektrik stansiyasında yaranan nasazlıqdan sonra istilik tamamilə dayanıb.
Ştatın Puyang və Pingdingshan administrasiyaları tərəfindən verilən açıqlamada xəstəxana, məktəb və yaşayış evlərinin istilik sistemlərində kəsilmələr olacağı qeyd edilib.