Pekində bir gündə 36 nəfər koronavirusa yoluxdu

Pekinin “Sinfandi” ət və kənd təsərrüfatı məhsullarının topdansatış bazarında COVID-19 infeksiyası aşkar edildikdən sonra Çinin paytaxtı fövqəladə vəziyyətə hazırlaşır.

Gununsesi.org “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Pekin Şəhər Təbliğat İdarəsi rəhbərinin müavini Hyu Heczyan bildirib.

Qeyd olunub ki, iyunun 13-də şəhərdə 36 nəfərin virusa yoluxması aşkarlanıb.

Bundan əvvəl bazarın 46 işçisində COVID-19 testi pozitiv çıxmışdı.

Artıq şəhərdə xüsusi qərargah yaradılıb. Mümkün yoluxma hallarının müəyyən edilməsi üçün mayın 30-dan bəri bazara baş çəkənlərin, habelə orada çalışanların yaxın təmasda olduğu şəxslərin müəyyən edilərək testdən keçirilməsi prosesinə başlayıblar.

Eyni zamanda virusa yoluxma hallarının aşkarlanmasından sonra orta məktəblərin 1-3-cü sinif şagirdləri üçün iyunun 15-də dərslərin başlaması ilə bağlı qərarı ləğv edilib.

Gununsesi.org