Çinin paytaxtı Pekində aramsız yağan yağışlara görə 3453 sakin təxliyə edilib.
Gununsesi.info-nun xəbərinə görə, şəhər meriyasının məlumatında deyilir ki, ötən axşamdan bəri Pekinə 53,6 millimetr yağış yağıb. Yağışların törətdiyi fəsadlara görə 100-dək turizm məkanı bağlanıb. Bundan başqa, Pekinin dəmir yolu vağzallarında və hava limanlarında yüzlərlə reys təxirə salınıb və ya ləğv edilib.
Sinoptiklər aramsız yağışların gecə yarıyadək davam edəcəyini bildirirlər.
Gununsesi.info