Pekində yeni koronavirus ocağı aşkarlandı

  • By admin
  • 11 İyun 2022 10:01

Çinin paytaxtı Pekində yeni koronavirusa yoluxma ocağı aşkar edilib.

Gununsesi.info-nun xəbərinə görə, bu barədə Pekin Səhiyyə komitəsi bildirib.

Qeyd olunur ki, son sutka ərzində 61 nəfərdə yoluxma aşkar olunub ki, həmin şəxslərin eyni əyləncə məkanında olduğu müəyyən edilib.

Yoluxanların 25 nəfəri xəstəliyi simptomsuz keçirir.

Yoluxma halları ilə əlaqədar paytaxtın Çaoyan rayonunun rəhbərliyi karantin tədbirlərini sərtləşdirib, bəzi hissələrdə qapanma elan olunub.

Gununsesi.info