Pele Olimpiyadanın açılış mərasimində iştirak eməyəcək  

  • By admin
  • 05 Avqust 2016 22:46

pele

 

Əfsanəvi futbolçu, üçqat dünya çempionu Pele Rio-de-Janeyroda Olimpiyadanın açılış mərasimində məşəlin alovlandırılması mərasimində iştirak etməyəcək.

 

Gununsesi.info xəbər verir ki, bu yaxınlarda əməliyyat olunan 75 yaşlı Pele səhhətində yarandığı problemlərlə bağlı mərasimə qatılmayacaq.

 

Qeyd edək ki, avqustun 6-ı Bakı vaxtı ilə saat 03:00-də “Marakana” stadionunda XXXI Yay Olimpiya Oyunlarının açılış mərasimi keçiriləcək.

 

Gununsesi.info