

Penitensiar Xidmət Əli İnsanovun barəsində açılan yeni cinayət işi ilə bağlı açıqlama yayacaq.
Bu barədə Gununsesi.info-ya Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.
Penitensiar Xidmətdən bildirildi ki, hələlik onlarda Əli İnsanov barəsində yeni cinayət işinin açılması ilə bağlı məlumat yoxdur: “Biz də bu barədə məlumatı bir sıra KİV orqanlarından oxumuşuq. Onun vəkili bu barədə məlumat verib. Bizdə rəsmi olaraq belə bir məlumat yoxdur. Penitensiar Xidmətin aidiyyatı qurumları tərəfindən Əli İnsanov barəsində məlumat daxil olarsa, biz də öz növbəmizdə ictimaiyyəti məlumatlandıracayıq”.
Qeyd edək ki, əli İnsanovun vəkili Toğrul Babayev həbsdə olan sabiq səhiyyə naziri Əli İnsanov barəsindən yeni cinayət işinin başlandğnı açqlayıb.
Onun sözlərinə görə, dünən axşam saatlarında vəkillərə prokurorluqdan zəng edərək, bu gün sabiq nazirin cəza çəkdiyi 13 saylı Cəzaçəkmə Müəssisinə getmələri bildirilib: “Bizə dedilər ki, Əli İnsanov yenidən dindiriləcək. Onun barəsində yeni cinayət işi başlanıb. Hazırda biz müəssisəsinin qarşısındayıq. İçəridə sadəcə Qaradağ rayon prokuroru Natiq Abdullayev var. Bizə hansı maddə ilə yeni ittiham irəli sürüldüyü barədə məlumat verilməyib”.
Qeyd edək ki, sabiq səhiyyə naziri Əli İnsanov 2005-ci ilin oktyabr ayında həbs olunub. Ə. İnsanov dövlət vəsaitlərinin mənimsənilməsində və dövlət aktivlərinin qanunsuz özəlləşdirilməsinin təşkilində ittiham olunub. 2007-ci ilin aprel ayında əmlakı müsadirə olunmaqla 11 il müddətinə azadlıqdan məhrum olunub.
Əli İnsanovun cəza müddətinin başa çatmasına bir neçə ay qalıb.
Əli İnsanovun cəza müddətinin başa çatmasına bir neçə ay qalıb.
Gununsesi.info