Penitensiar xidmət təkzibini təkzib etdi

  • By admin
  • 01 May 2017 15:20

penitensiar_xidmet_190912

1 saylı Bakı İstintaq Təcridxanasında (Kürdəxanı təcridxanası) saxlanılan bloger Mehman Qələndərov aprelin 28-də intiharıyla bağlı Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsi  təkzib və ya bu yöndə açıqlama verməyib.

Bu haqda Gununsesi.info-ya Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Bildirilib ki,  baş verən hadisəylə bağlı prokurorluq lazımi açıqlamanı verib.

 Qeyd edək ki, 1 saylı Bakı İstintaq Təcridxanasında (Kürdəxanı təcridxanası) saxlanılan bloger Mehman Qələndərov aprelin 28-də intihar edib. O, kamerada özünü döşək ağı ilə asıb. Bu barədə hüquq müdafiəçiləri öz facebook səhifələrində yazıblar.  Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin isə  intiharla bağlı  yayılan xəbərləri Amerikanın Səsinə təkzib etdiyi bildirilib.

Xatırladaq ki, 2017-ci il fevralın 7-də M.Qələndərovun barəsində üç aylıq həbs qətimkan tədbiri seçilib. O, Cinayət Məcəlləsinin 234.2-ci maddəsilə (Satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma) ittiham olunub.

Həbs günü M.Qələndərov Facebook səhifəsində yazmışdı: “Hamımız Qiyas (Heydər Əliyevin abidəsinə şüar yazan Qiyas İbrahimov nəzərdə tutulur. Bundan sonra 10 il azadlıqdan məhrum edilib) kimi olaq. Qul olma!”

Bir saatdan sonra polis əməkdaşları M.Qələndərovun kirayədə yaşadığı mənzilə gələrək onu tutublar.

Nəsimi Rayon Məhkəməsi M.Qələndərovu istintaq müddətində 3 ay həbs edib.

M.Qələndərov 1997-ci il mayın 23-də Bakıda anadan olub. Dövlət İdarəetmə Akademiyasını psixologiya ixtisası üzrə bitirib. Fəlsəfə, Sosiologiya, Politologiya Kollecində 10 ildən çox dərs deyib.

Bakı və Tbilisidə hökumət əleyhinə mitinqlərdə iştirak edib.

2016-cı il sentyabrın 26-da Tbilisidə Azərbaycan səfirliyinin qarşısında “Biz kral istəmirik!” şüarı ilə keçirilən aksiyanın təşkilatçılarından biri olub.

Sosial şəbəkələrdə hakimiyyəti tənqid edib, ölkə rəhbərliyinin karikaturalarını çəkərək Facebook səhifəsində dərc edib.

Gülnaz Qənbərli

Gununsesi.info