Penitensiar Xidmətdən məhkumların qaçış planı xəbərinə reaksiya

  • By admin
  • 21 İyun 2022 12:48

Xəbər verdiyimiz kimi, Türkiyənin Habererk saytında Azərbaycandakı Cəzaçəkmə müəssisələrinin birində məhkumların qaçması planı barədə xəbər dərc olunub.

Həmin xəbərdə deyilir ki, on məhkum nəzarətçilərdən birini öldürüb, türmədən qaçış planı qurub. Lakin son anda bunun qarşısı alınıb.

Məsələ ilə bağlı Gununsesi.info-ya açıqlamasında Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov bunları bildirib.

“Bəzi KİV-də yayılan bu məlumatlar həqiqəti əks etdirmir. Bu məlumatlar təmamilə cəfəngiyyatdır. Nəinki tərbiyə müəssisələrində, heç bir digər müəssisədə belə bir hal olmayıb”.

Günay 
Gununsesi.info