“Penitensiar Xidmətin binasındakı yanğın söndürüldü” - FHN

  • By admin
  • 20 Fevral 2018 18:52

Bakıda Ədliyyə Nazirliyi Penitensiar Xidmətin inzibati binasında baş vermiş yanğın söndürülüb.

Bu barədə Gununsesi.info-ya Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətində İdarəetmnə Mərkəzindən məlumat verilib.

Bildirilib ki, binada yanğınla bağlı məlumat daxil olan kimi hadisə yerinə yanğınsöndürmə briqadası cəlb edilib.

Yanğının qarşısı tam alınıb və söndürülüb. Hadisə nəticəsində xəsarət alan olmayıb.

Gununsesi.info