Pens Trampı hakimiyyətdən uzaqlaşdırmayacaq

  • By turana
  • 13 Yanvar 2021 10:12

ABŞ-ın vitse-prezidenti Maykl Pens amerikalı lider Donald Trampı hakimiyyətdən uzaqlaşdırmaqdan imtina edib.

Gununsesi.info “TASS”a istinadən bildirir ki, müvafiq bəyanat Ağ Evin ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosiyə ünvanladığı məktubda yer alıb.

Belə ki, Pelosi Pensi ölkə Konstitusiyasının 25-ci düzəlişin müddəalarından istifadə etməklə Trampı hakimiyyətdən kənarlaşdırmağa çağırırdı. “Mən hesab etmirəm ki, hadisələrin bu cür inkişafı ölkəmizin mənafeyinə cavab verir, yaxud da bizim Konstitusiyamıza uyğundur”, – deyə vitse-prezident öz qərarını izah edib.

 

Gununsesi.info