
Bu gün ABŞ-ın vitse-prezidenti Maykl Pens İraqa elan olunmamış səfər edib.
Gununsesi.org xarici KİV-ə istinadən xəbər verir ki, Maykl Pens burada Bağdaddan qərbdə yerləşən Ayn-əl-Əsəd hərbi hava qüvvələri bazasındakı ABŞ qoşunlarını ziyarət edəcək. Onun, həmçinin İraq hökumətinin rəhbəri ilə görüşü planlaşdırılır.
Xatırladaq ki, 2018-cı il dekabrın 26-da Prezident Donald Tramp İraqa elan olunmamış səfər edərək ABŞ hərbçiləri ilə görmüşdü. O, çıxışı zamanı qoşunları İraqdan çıxarmaq niyyətində olmadığını bildirmışdi.
Gununsesi.org